Ərdəbilli məhbus: "Hakimin ədalətsiz qərarının qurbanı olmuşam"

18.07.2022, 09:09

Ərdəbil zindanında saxlanılan güneyli məhbus, 16 il həbs cəzasına məhkum edilən Babək Dadbəxş İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejeyiyə açıq məktub yazıb.

Gunaz.tv Quote | Gunaz article

Babək Dadbəxş şərlənərək həbs edildiyini deyib.

"Mən Babək Dadbəxş Ərdəbil zindanında məhkumluq dövrünü yaşayan adi vətəndaşam və polisin barəmdə açdığı qondarma cinayət işi əsasında həbs edilmişəm. İşgəncə edilərək məndən etiraf alınıb və məhkəmə prosesim bir dəqiqədən az bir müddətdə başa çatıb"-deyə, Dadbəxş yazıb.

O, barəsində açılan cinayət işinin saxyta olduğunu vurğulayıb, hakim ədalətsizliyinin qurbanı olduğunu deyib.

Qeyd edək ki, bir neçə ildir İranın müxtəlif zindanlarında işgəncələrə məruz qaldığı üçün ağır əsəb sarıntısı keçirən Dadbəxşin səhhətində başqa problemlər də yaranıb.

Ərdəbilli məhbusun vəziyyətinin ağırlaşmasına baxmayaraq zindan rəhbərliyinin onun müalicəsinə və tibbi məzuniyyətə buraxılmasına icazə vermir.

2018-ci ilin noyabr ayında Tehranda təhlükəsizlik məmurları tərəfindən həbs edilən azərbaycanlı məhkum ETTELAAT təcridxanasında işgəncə edildikdən sonra Evin zindanının 209-cu bölməsinə köçürülüb.

O, bir neçə ay təkadamlıq kamerada saxlanılıb və 16 fevral 2019-cu ildə Kərəc şəhərinin "Rəcaişəhr" zindanına aparılıb.

Babək Dadbəxş 2020-ci ilin fevralında Məhəmməd Məqisənin başçılıq etdiyi Tehran İnqilab Məhkəməsinin 28-ci bölməsində mühakimə olunub və İslami Cəza Qanunun 134-cü maddəsi ilə 16 ilinin mütləq icra edilməsi şərtilə 43 il həbs cəzasına məhkum edilib.

Babək Dadbəxş "müharibə təbliğatı aparmaq, yer üzündə fitnə-fəsad yaymaq və ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq"da ittiham olunub.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18

gun az article

Urmuda 6 məhkum edam edilib

2023-03-17

gun az article

"Hədis" animasiya filmi Onsi Beynəlxalq Festivalına qəbul edilib

2023-03-17

gun az article

Təbrizin mərkəzində milli məzmunlu şüarlar yazılmış baner asıldı

2023-03-17

gun az article

Azərbaycanlı yazıçı Süsən Nəvadeyi Rəzi vəfat edib

2023-03-17

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Cilovluq qətliamından günümüzə”- VİDEO

2023-03-17

gun az article

Xoyda zəlzələ baş verib

2023-03-16

gun az article

Güneyli fəallar Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım göndəriblər

2023-03-16

gun az article

Səid Mətinpur: "Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq"

2023-03-16

gun az article

Minlərlə ərbədilli Balıqlı çayının sahilinə toplaşdı: Ənənəvi "Suüstü" bayram törəni keçirilib

2023-03-16

gun az article

“Görüş”: “Keçən ildə Quzey Azərbaycanda ən mühüm hadisələr” və  “Keçən ildə İranda və Güney Azərbaycanda baş verən hadisələr” 

2023-03-16

gun az article

Güneyli Nobel mükafatı laureatı: "SEPAH-ı terror təşkilatı kimi tanıyın"

2023-03-16

gun az article

“İranın Azərbaycandakı casus şəbəkəsi darmadağın edilməlidir”- Əhməd Obalı

2023-03-15

gun az article

Təbrizdə milli şüarlar səsləndirilib-VİDEO

2023-03-15