SON XƏBƏRLƏR

Rəsmi Bakı Ermənistan prezidentinin bəyanatlarına reaksiya verib

2021.10.20, 07:36
Rəsmi Bakı Ermənistan prezidentinin bəyanatlarına reaksiya verib

Gunaz.tv
GünAzTv: "Ermənistan prezidenti öz çıxışlarında danışıqlar masasında müzakirə olunan prinsiplərin birini səsləndirərək digərlərini unudur. Yada salmaq lazımdır ki, yenilənmiş Madrid prinsipləri 3 əsas prinsipi əhatə edir". bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib. Ermənistan prezidenti Serj Sarkisyanın son açıqlamasına münasibət bildirən E. Poluxov danışıqların dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, hərbi qüvvədən istifadə etməmək və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri əsasında aparıldığını söyləyib: "Bu prinsiplərdən birini əsas götürüb digərlərini unutdurmağa çalışmaq Ermənistan tərəfinin siyasi oyunlarından biridir. Bu üç prinsip Minsk Qrupunun həmsədri olan dövlətlər tərəfindən danışıqlar masasına qoyulub. Azərbaycan ümumilikdə yenilənmiş Madrid prinsiplərini qəbul edib. Ermənistan isə hələ də bu məsələyə birmənalı cavab verməkdən boyun qaçırır. Azərbaycanın mövqeyi birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü sual altına salına bilməz və öz müqəddəratını təyinetmə hüququ yalnız ərazi bütövlüyü çərçivəsində reallaşa bilər. Bu prinsipi həyata keçirmək üçün Ermənistanın silahlı qüvvələri Azərbaycanın ərazisindən çıxmalıdır. İşğalçı qüvvələr çıxarılan kimi, hərbi ritorikanın mənası itir. Yəni artıq bu məsələnin hərbi yolla həll olunması məsələsi avtomatik aradan qalxır". E. Poluxovun sözlərinə görə, danışıqların potensialı olduğu üçün Azərbaycan tərəfi bu danışıqları davam etdirir: "Lakin həmişə bəyan etmişik və indi də bildiririk ki, Azərbaycanın beynəlxalq hüquqda nəzərdə tutulan bütün mexanizmlərdən istifadə edərək öz ərazi bütövlüyünü təmin etmək hüququ var". Xatırladaq ki, S. Sarkisyan "Evronews" telekanalına müsahibəsində Azərbaycana güc tətbiq etməmək barədə saziş imzalamaq təklifi ilə müraciət etmək istədiyini açıqlayıb. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar