SON XƏBƏRLƏR

Rəsmi Bakı müharibə variantının qüvvədə olduğunu NATO rəsmilərinin nəzərinə çatdırıb

2021.10.20, 07:36
Rəsmi Bakı müharibə variantının qüvvədə olduğunu NATO rəsmilərinin nəzərinə çatdırıb

Gunaz.tv

Rəsmi Bakı müharibə variantının qüvvədə olduğunu NATO rəsmilərinin nəzərinə çatdırıb

 

GünAzTv: Dağlıq Qarabağ problemi vaxtında həll olunsaydı, müharibə bəyanatları ortaya çıxmazdı. Bu sözləri MM sədrinin birinci müavini Z. Əsgərov deyib.

 O, Azərbaycan torpaqları işğaldan azad edilməyənədək müharibə faktının qaçılmaz olduğunu bu dəfə NATO Parlament Assambleyasının üzvlərinin nəzərinə çatdırıb. 

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Vitse-spiker deyib: «Dağlıq Qarabağ problemi vaxtında həll olunsaydı, müharibə bəyanatları ortaya çıxmazdı».

Parlament Assambleyası Siyasi Komitəsinin NATO tərəfdaşlığı üzrə alt komitəsinin nümayəndə heyəti ilə görüşündə bu fikirləri səsləndirən Ziyafət Əsgərovun «Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyinin arxitekturasının qurulmasına əvəzsiz xidmətlər göstərir. Əvəzində siz bizə nə verirsiniz?» sualını isə, NATO təmsilçiləri cavablandıra bilməyib. Vitse-spikerin bu çıxışına əslində, Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvləri ilə görüşdə NATO Parlament Assambleyası Siyasi Komitəsinin NATO tərəfdaşlığı üzrə alt komitəsinin sədri Raynek Stinnerin müharibə bəyanatlarından qorxması ilə bağlı səsləndirdiyi fikirlər səbəb olub. NATO rəsmisi müharibənin regionun inkişafına mane olacağını bildirərək bunu arzuolunmaz hal adlandırdı. Ziyafət Əsgərov isə, müharibə bəyanatları ilə qorxutmadıqlarını, sadəcə faktı söylədiklərini deyib: 

“Münaqişənin düzgün diaqnozu qoyulmalıdır. 20 ildir Minsk qrupu bunu demədi. Amma deməliydi.”

Qonaqlar arasında təmsil olunan türkiyəli millət vəkili bu sözə qüvvət olaraq «Minsk Qrupu illərlə səsini çıxarmırdı, və nə yaxşı ki, indii fəaliyyətə başladı» söyləməsi qardaş Türkiyənin bu məsələdə Azərbaycana göstərdiyi dəstəyini nümayiş etdirdi. Ziyafət Əsgərov da öz növbəsində, qərb dövlətlərini Azərbaycan torpaqlarını işğal etmiş ermənilərə yerini göstərməkdənsə qondarma erməni soyqırımını tanıdığını və Türkiyəyə təzyiqləri artırdığını vurğuladı. Və bunun ikili standart olduğunu söylədi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar