SON XƏBƏRLƏR

Rəsmi Tokio Şimali Koreyaya qarşı sanksiyalar siyahısını genişləndirir

2021.10.20, 07:36
Rəsmi Tokio Şimali Koreyaya qarşı sanksiyalar siyahısını genişləndirir

Gunaz.tv

GünAz TV: Yaponiya hökuməti nüvə-raket proqramlarını davam etdirən Şimali Koreyaya qarşı sanksiyalar siyahısını genişləndirir.

 

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Yaponiya Nazirlər Kabineti dekabrın 15-də daha 19 təşkilatın aktivlərinin dondurulması barədə qərar qəbul edib. Siyahıya Şimali Koreyada yerləşən nəqliyyat şirkətləri, ticarət firmaları və banklar əlavə edilib. Hazırda siyahı ümumilikdə 103 təşkilatın və 108 fiziki şəxsin adını əhatə edir. Yaponiyanın Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının dekabrın 15-də keçiriləcək nazirlər görüşü ərəfəsində Şimali Koreyaya təzyiqləri artırmağa çalışır. Həmin görüşdə xarici işlər naziri Taro Kano Şimali Koreya məsələsinin müzakirələrinə sədrlik edəcək.

 

Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa deyib ki, Şimali Koreya tərəfindən raket sınaqlarının davam etdirilməsi bu ölkəyə təzyiqləri artırmaq və onu öz siyasətini dəyişməyə məcbur etmək tələbatı yaradır. Baş katib əlavə edib ki, Şimali Koreya Şinzo Abe hökuməti üçün prioritet sayılan oğurlanan Yaponiya vətəndaşları ilə bağlı da heç bir addım atmayıb. Y.Suqa bəyan edib ki, Yaponiya Şimali Koreyanı müxtəlif problemləri, o cümlədən nüvə-raket proqramları və oğurlanmış yaponlar məsələsini həll etmək üçün müvafiq tədbirlər görməyə çağırmaqda davam edəcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar