Ədliyyə naziri Abdülhamit Gül vəzifədən uzaqlaşdırılıb. Onun yerinə Bəkir Bozdağ təyin olunub.
Siyasi dairələrdə bu dəyişiklik birmənalı qarşılanmayıb. Məsələ burasındadır ki, A.Gül Ədalət və İnkişaf Partiyasında (AKP) Rəcəb Tayyib Ərdoğandan sonra 2-ci adam olan Numan Kurtulmuşa yaxın şəxs sayılır. Buna görə də onun “vurulması”nı çoxları təəccüblə qarşılayıb.
Abdülhamit Gülün hökumət daxilində daxili işlər naziri Süleyman Soylu ilə çəkişməsi heç kimə sirr deyildi. Bəzi məlumatlara görə, Soylunun arxasında MGP başqanı Dövlət Bahçeli dayanır.
57 yaşlı yeni nazir Bekir Bozdağa gəldikdə, o da AKP-nin tanınmış simalarından biridir, ədliyyə naziri (2015-2017), Baş nazir müavini (2017-2018), həmçinin Türkiyə Böyük Millət Məclisində deputat olub. (modern.az)
Ayxan