SON XƏBƏRLƏR

“Sepah”ın daha bir yüksək rütbəli komandiri Suriyada öldürülüb

2021.10.20, 07:36
“Sepah”ın daha bir yüksək rütbəli komandiri Suriyada öldürülüb

Gunaz.tv
 GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha yüksək rütbəli bir komandiri, Qulamrza Səmai Suriyada gedən döyüşlərdə həlak olub.

Suriya prezidenti Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl Suriyaya göndərilən “Sepah”ın 57 yaşlı komandiri, oktyabrın 26-da Əsəd hökumətinə müxalif qüvvələr tərəfindən öldürülüb. Bildirilir ki, Qulamrza Səmai bundan əvvəl “Sepah”ın ölkənin şərqindəki əməliyyat qərargahının məsulu, “Nəsr” 5-ci diviziyasının artilleriya qrupunun komandiri və bir sıra digər mühüm postlarda çalışıb. Onun Suriyanın konkret hansı məntəqəsində həlak olduğu, meyitinin ölkəyə gətirilib-gətirilmədiyi açıqlanmayıb.

İran, Bəşər Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Suriyanın müxtəlif bölgələrində Əsədə müxalif qüvvələrlə qarşıdurmalarda həlak olub. Ölənlər arasında “Sepah” komandirləri də az deyil.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar