SON XƏBƏRLƏR

Tanınmış ərəb fəalı Yusif Əzizi Bənitorofdan Abbas Lisaniyə dəstək mesajı... – VİDEO

2021.10.20, 07:36
Tanınmış ərəb fəalı Yusif Əzizi Bənitorofdan Abbas Lisaniyə dəstək mesajı... – VİDEO

Gunaz.tv

GünAz TV: İranda ərəb millətinin hüquqlarını müdafiə edən məşhur fəal Yusif Əzizi Bənitorof Güney Azərbaycan Milli Hərəkatının tanınmış mübarizi Abbas Lisaniyə dəstək verən sözlər ifadə edib.

 

Bu barədə danışdığı mənalı sözləri video şəkilində yayan ərəb fəalı vurğulayıb ki, biz səninin (Abbas Lisani) yaşamağıvı istəyirik.

 

“Qəhrəman Lisani, Savalan bölgəsinin zülmə məruz qalan övladı, İranda yaşayan xalqların fəxri, eyni zəncir və zülmlərə məruz qalan və zindan vəşhilərindən əziyyət çəkən fəal, sən gözəllərin zinətisən, iradən isə insanda olan müqavimətinin təcəssümüdür. Sənin dəmir iradən divarları məğlub edib, ağ bayrağın pasdarları (“Sepah” üzvləri) ümidsizliyə uğradıb. Sən Azərbaycanın bayrağısan. Sən ərəb, türk, bəluç, kürd və türkmənin dostusan. Sən Qaçaq Nəbinin dostu, Koroğlunun səngərdaşısan. Biz sənin yaşamağıvı istəyirik, sağ-salamat qal!”- deyə yayılan mesajda qeyd olunub.

 

https://www.youtube.com/watch?time_continue=1&v=424mxYAahy0

 

Video 2019-cü il iyunun 13-də London şəhərində Yusif Əzizi Bənitorof tərəfindən yayılıb.

 

Ərdəbil zindanında aclıq edən tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani bu gün aksiyasının 20-ci günündədir. Təknəfərlik kamerada aclıq aksiyası keçirən fəala yaxınları ilə görüşmək icazəsi verilmir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar