SON XƏBƏRLƏR

Tramp Ruhani ilə görüşməyə çalışmadığını deyib

2021.10.20, 07:36
Tramp Ruhani ilə görüşməyə çalışmadığını deyib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının pezidenti Donald Tramp öz iranlı həmkarı Həsən Ruhani ilə sentyabrın sonunda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assembliyası çərçivəsində görüşməyə çalışmadığını deyib.

 

O, rəsmi Tehrana uranı zənginləşdirməklə bağlı göstərdiyi fəaliyyətlərə görə xəbərdarlıq edib və bildirib ki, bu addımın çox təhlükəli nəticələri olacaq.

 

Tramp eyni zamanda rəsmi Tehranın öz nüvə proqramı ilə əlaqədar Vaşinqtonla razılaşma əldə etmək istədiyinə inandığını deyib.

 

Tramp bundan öncə bir neçə dəfə İranla heç bir ilk şərt olmadan müzakirələr aparmağa hazır olduğunu bəyan edib. Həsən Ruhani isə yenidən müzakirələrin başlanması üçün sanksiyaların ləğv edilməsini ilkin şərt kimi irəli sürüb.

 

Qeyd etmək lazımdır ki, ABŞ-ın 2018-ci ildə sanksiyaların yenidən qəbul ediləcəyinin anonsunu verərək, 2015-ci il nüvə razılaşmasından çıxmasından sonra İranda iqtisadi vəziyyət ağırlaşıb. Son statiskilara əsasən, İranın günlük neft ixracı 120 min barelə düşüb, hansı ki, bu rəqəm sanksiyalardan öncə günlük təqribən 2.6 milyon barel idi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar