SON XƏBƏRLƏR

Türkiyə ilə Azərbaycan arasında vizalar ləğv olunacaq

2021.10.20, 07:36
Türkiyə ilə Azərbaycan arasında vizalar ləğv olunacaq

Gunaz.tv

GünAzTv: Türkiyədə nəşr olunan "Akşam" qəzetinin yaydığı məlumata görə, Ankara ilə Bakı arasında vizaların ləğvinə dair müzakirələr gələn ilin yanvar ayında başlayacaq.

Məlumata əsasən, İraq, Suriya, Yunanıstan və Rusiya ilə yüksək səviyyədə əməkdaşlıq şurası yaradan Türkiyə hökuməti yanvarda eyni məsələləri müzakirə etmək məqsədilə Bakıda ikitərəfli danışıqlara başlayacaq. Danışıqlara xarici işlər, daxili işlər, ticarət, sənaye, nəqliyyat, kənd təsərrüfatı, ekologiya, meşəçilik, səhiyyə və müdafiə nazirlərinin qatılacağı gözlənilir. Bu mənada nazirlər tərəfindən 20 sazişin imzalanması planlaşdırılır. Həmin sazişlərdən birinin də məhz vizaların götürülməsinə dair olduğu deyilir. Vizaların ləğvinə dair yanvarda hazırlanacaq saziş layihəsini isə martda keçiriləcək tədbirdə baş nazir Rəcəb Tayyib Ərdoğanla prezident İlham Əliyev imzalayacaq.    Məlumat üçün bildirək ki, bu gün Azərbaycana ən çox sərmayəni Türkiyə tərəfi yatırıb. Qarşılığında Azərbaycanın da Türkiyədə 2,5 milyard dollar sərmayəsi mövcuddur. Yanvarda keçiriləcək toplantıda 2010-cu ilin ilk 7 ayında həyata keçirilmiş 1,3 milyard dollarlıq xarici ticarətin həcmini daha da artırmaq məsələləri də araşdırılacaq. Məsələyə rəy öyrənmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxovla da əlaqə saxladıq. Nazirlik rəsmisi bilirdi ki, bəli, hazırda vizaların ləğvi istiqamətində iş aparılır. Amma tərəflərin nə vaxt görüşüb, bu məsələni müzakirə edəcəklərinə dair XİN-də dəqiq məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar