SON XƏBƏRLƏR

Urmiyədə divarlara Abbas Lisaninin azadlığını tələb edən şüarlar yazılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Urmiyədə divarlara Abbas Lisaninin azadlığını tələb edən şüarlar yazılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Ötən günlərdə qanunsuz saxlanılan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin azadlığını tələb edənlərin sayı getdikcə artır.

 

Son məlumata görə, Güney Azərbaycanın digər şəhərləri ilə yanaşı Urmiyə şəhərində də divarlara Abbas Lisaninin qanunsuz saxlanmasına etiraz edən şüarlar yazılıb.

 

Azərbaycanlı fəallar “Abbas Lisani azad olunsun”, “Azərbaycanlı məhbuslar azad olunsun” və s. kimi şüarlar yazaraq ərdəbilli tanınmış fəal Abbas Lisani və digər milli-mədəni fəalların sərbəst buraxılmasını tələb ediblər.

 

Oxşar şüarlar ötən günlərdə Muğan və Ərdəbil şəhərlərində divarlara yazılıb.

 

Tanınmış azərbaycanlı fəal yanvarın 15-də məhkəmə iclası keçirildikdən sonra Təbriz Prokurorluğunda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O yanvarın 20-də Təbrizdən Ərdəbilin Ettelaat İdarəsinə intiqal edilib.

 

Abbas Lisaniyə saxlandığı gündən yaxınları ilə görüşmək, hətta telefon əlaqəsi saxlamaq icazəsi verilməyib. Bu məsələ Lisani ailəsinin ciddi nigaranlığına səbəb olub.

 

Yaxınlarının dediyinə görə, fəal yanvarın 22-i axşam saatlarından aclıq aksiyasına başlayıb.

 

Tanınmış fəal bundan əvvəl Ettelaat İdarəsinin təcridxanasına aparıldığı andan aclıq aksiyasına başlayacağını bildirmişdir.

 

Abbas Lisani Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar