Xamneyi: “Biz heç bir ölkəni və ya milləti təhdid etmək niyyətində deyilik”

08.02.2020, 20:00

GünazTV: Fevralın 8-də İran ordusunun hava qüvvələrinin komandirləri və digər rəsmiləri  ilə görüşən “dini lider” Əli Xamneyi, Amerika sanksiyalarının gücləndirməsindən və ölkənin hava sənayesi sahəsində əldə etdiyi “nailiyyətlərindən” danışıb.

 

Öz çıxışında Amerikanın İrana qarşı sanksiyalarını həm “cinayət”, həm də ölkə üçün “fürsət” adlandıran Xamneyi deyib ki, vaxtilə ölkə daxilində bir qırıcını və ya təyyarəni təmir etməyə qadir olmayan İranın hava qüvvələri təyyarənin bütün hissələrini özü istehsal edir: “Bu isə o deməkdir ki, islam respublikası sistemi Amerikanın bu təhdidini fürsətə, onlardan gələn təhlükəni isə qazanca çevirib.

 

Biz, heç bir ölkəni və ya milləti təhdid etmək niyyətində deyilik. Biz, sadəcə olaraq, yalnız ölkənin təhlükəsizliyini qorumaq və bizə gələn təhdidlərin qarşısını almaq istəyirik. Hesab edirəm ki, savaş olmaması üçün və ölkəmizə qarşı təhdidlərə son qoyulması üçün biz güclənməliyik” -deyə, İranın “dini lideri” axund Əli Xamneyi bəyan edib.

 

Qeyd edək ki, Xamneyi öz çıxışında islam respublikasının heç bir ölkəni və ya milləti təhdid etmək niyyətində olmadığını bildirsə də, şəxsən onun özü və İranın digər rəsmiləri dəfələrlə rəsmi tribunalardakı çıxışlarında İsraili bir ölkə olaraq tanımadıqlarını bildirərək, Tel-Əvivin yer üzündən silinərək məhv edilməsi barədə bəyanatlar səsləndiriblər.

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Finlandiya və İsveç NATO-ya birlikdə müraciət edəcək

2022-05-17

gun az article

Şərqi Zəngəzurda yeni şəhərlər inşa edilir - Spiker

2022-05-17

gun az article

Mövlud Çavuşoğlu və Entoni Blinken Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcək

2022-05-17

gun az article

“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Ağdamda və Bərdədə tədbir keçirib

2022-05-16

gun az article

İran hökuməti etirazçıları yatırmaq üçün terror təşkilatlarından istifadə edir

2022-05-17

gun az article

İranda SEPAH zabiti öldürülüb

2022-05-17

gun az article

İranda etiraz aksiyaları davam edir

2022-05-17

gun az article

İran partiya sədri hökuməti tənqid etdiyi üçün həbs edildi

2022-05-17

gun az article

Prezident İlham Əliyev israilli naziri qəbul edib

2022-05-17

gun az article

İranın bir neçə əyalətində dövlət idarələri və məktəblər bağlandı

2022-05-17

gun az article

Tehranda ictimai nəqliyyat sürücüləri tətil aksiyası keçirir

2022-05-17

gun az article

"Hakimiyyət xalqı aldadır"- Tanınmış din xadimi İran hökumətini tənqid edib

2022-05-17

gun az article

Bu gün Bakıda İƏTPA-nın Üçüncü Ümumi Konfransı keçiriləcək

2022-05-17

gun az article

NATO rəhbəri: “Türkiyə dəyərli müttəfiqdir və narahatlığı aradan qaldırılmalıdır”

2022-05-17

gun az article

İranda tanınmış jurnalistə 10 il həbs cəzası verildi

2022-05-17

gun az article

Məhkəmə sisteminin başçısı etirazçıları hədələdi: "Sərt tədbirlər görüləcək"

2022-05-17

gun az article

İran hökuməti 6 müəllimi əks-inqilabçı ittihamı ilə həbs edib

2022-05-16

gun az article

İsveç və Finlandiya 33 terrorçunu Türkiyəyə ekstradisiya etməkdən imtina edib

2022-05-16

gun az article

İlham Əliyev Özbəkistana dəvət olundu

2022-05-16

gun az article

İsrail Azərbaycana taxıl yetişdirmək üçün texnologiya verəcək

2022-05-16