SON XƏBƏRLƏR

Xamneyinin müşaviri: “Suriyaya Amerika qarşısında dayanmaq üçün hərbi dəstək verməyə hazırıq”

2021.10.20, 07:36
Xamneyinin müşaviri: “Suriyaya Amerika qarşısında dayanmaq üçün hərbi dəstək verməyə hazırıq”

Gunaz.tv

GünAzTV: İran dini liderinin hərbi məsələlər üzrə müşaviri, keçmiş müdafiə naziri Hüseyn Dehqan sentyabrın 9-da jurnalistlərə açıqlamasında Amerikanın Suriyadakı hərbi varlığından, eləcə də Tehranın Suriya hökumətinə və Yəmən husilərinə hərbi dəstəyindən danışıb.

 

Dehqan bildirib ki, amerikalı hərbçilər Bəşər Əsəd hökumətinin dəvəti ilə Suriyaya gəlmədiklərinə görə bu ölkənin ərazilərini tərk etməlidirlər: “Əgər Suriya hökuməti və xalqı Fırat çayının şərqində Amerika qüvvələrinə qarşı çıxmaq istəsələr və bunun üçün İrandan  yardım tələb etsələr, biz onlara hərbi dəstək verməyə hazırıq.

 

Yəməndəki husilərə gəlincə, onlar hazırda əllərindəki az imkanlarla özlərini müdafiə edirlər. Onlar istənilən şəxsdən və ya ölkədən yardım ala bilərlər. Məhz buna görə də, əgər bizə də üz tutsalar, şübhəsiz ki, onlara yardım edəcəyik. Bizim Yəməndə hərbi varlığımız yoxdur. Gələcəkdə də olmayacaq. Lakin bütün bunlara baxmayaraq, Yəmən husilərinin istənilən ehtiyacını təmin edə bilərik”.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar