SON XƏBƏRLƏR

YAP Siyasi Şurası Milli Məclisin buraxılması haqqında qərar qəbul edib - Azərbaycanda növbədənkənar seçki olacaq

2021.10.20, 07:36
YAP Siyasi Şurası Milli Məclisin buraxılması haqqında qərar qəbul edib - Azərbaycanda növbədənkənar seçki olacaq

Gunaz.tv

GünAz TV: Azərbaycanda YAP-ın Siyasi Şurasının təcili iclasında gözlənilməz qərar qəbul edilib.

 

"Qafqazinfo" xəbər verir ki, iclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.

 

Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.


Yaxın saatlarda YAP-ın deputatlarının birgə iştirakı ilə iclas keçiriləcək.

 

Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar