SON XƏBƏRLƏR

Yəmənin keçmiş prezidenti öldürüldü - GÖRÜNTÜ

2021.10.20, 07:36
Yəmənin keçmiş prezidenti öldürüldü - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh İranın dəstəklədiyi husi silahlı dəstələr tərəfindən öldürülüb.

 

Bu barədə husilərə aid "Al-Masirah" kanalı məlumat yayıb.

 

Xəbər Səna şəhərində huslərin nəzarətində olan Daxili İşlər Nazirliyi tərəfindən açıqlanıb.

 

Məlumatı Əli Abdulla Salehnin lideri olduğu partiyadan təsdiqləyiblər.

 

Sosial şəbəkələrdə Ə. A. Salehin meyitinin fotoları da yayılıb.

 

 

Küçmiş prezidenti öldürən husilər onun oğlu Xalidi yaralayaraq girov götürüblər.

 

Xarici mediada yayılan məlumata görə, husilər həmçinin Ə.A.Salehinin köməkçisi Yasir əl-Avadanı da öldürüblər.

 

Əli Abdullah Saleh tərəfdarları 2014-cü ildə Yəməndə vətəndaş müharibəsi başlayandan bu günə qədər husilərin tərəfində vuruşub. Son dövrlərə qədər Saleh husilərlə sıx əlaqədə olub. Lakin bir müddət öncə onlar arasında kiçik toqquşmalar başlamışdı.

 

Qeyd edək ki, 75 yaşındakı Əli Abdullah Saleh, 1978-ci ildə şimali Yəmən prezidenti olaraq vəzifəyə gəlib və 1990-cı ildə Yəmən prezidenti olub. Saleh 2012-cu ildə xalq tərəfindən istefaya göndərilmişdi.

 

N.S

  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar