Nyu-Yorkda azərbaycanlı sənətçinin sərgisi açılıb

28.01.2022, 13:07

ABŞ-ın Nyu-York şəhərində azərbaycanlı sənətçi Orxan Məmmədovun sərgisi açılıb.

Gunaz.tv Quote | Gunaz article

Sərgi şəhərin qabaqçıl sərgi salonlarından birində, rəqəmsal incəsənət şirkəti “Blackdove”ın təşkilatçılığı ilə baş tutub.

“Estetikanın dirçəlişi” (Revival of Aesthetics”) adı altında açılan sərgidə nümayiş olunan əsərlərdə O.Məmmədov ölkəmizin mədəni irsinin simvolu hesan olunan Azərbaycan xalçalarının eskizlərini dövrümüzün ən son texnoloji alqoritmi sayılan süni intellekt ilə birləşdirərək irs və müasirliyin vəhdətini yaradıb. Nyu-Yorkun və dünyanın görkəmli kolleksiyaçılarının dəvət aldıqları sərgidə sənətçinin 9 sənət əsəri nümayiş olunur.

O.Məmmədov təmsil etdiyi yeni incəsənət növünün bilinən və bilinməyən tərəfləri haqqında danışıb:

“Biz bu incəsənət növünü yeni media incəsənəti adlandırırıq. Bu, ənənəvi incəsənətin bir növüdür, xüsusi texnalogiyalardan istifadə olunur. Yeni media incəsənətində mənim üzərində işlədiyim sahə süni intellektdir və zamana bağlı incəsənət əsərləridir. Burada kodlardan və ya alqoritmlərdan istifadə olunur.

Sərgidə nümayiş olunan əsərlər suni intellekt tərəfindən hazırlanıb və 150 min Azərbaycan xalçasında istifadə olunub. Həmin xalçalar dünya muzeylərindən toplanıldıqdan sonra süni intellekt vasitəsi ilə təhlil edilib və ortaq dəyərlər ortaya çıxarılıb. Daha sonra isə onların əsasında yeni alternativlər yaratmışam”.

Sənətçi bildirib ki, təmsilçisi olduğu yeni incəsənət növü 2020-ci ildən etibarən məşhurluq qazanmağa başlayıb.

O.Məmmədovun sözlərinə görə, əsərlərində yeni nəfəs verdiyi xalçaları toplamaq üçün ilk öncə Azərbaycan xalçalarının dünyada saxlanıldığı bütün muzeylərlə əlaqə saxlanılıb: “2019-cu ildə Azərbaycanı təmsil etmək üçün Heydər Əliyev Fondunun dəvəti ilə qatıldığım sərgidə kuratorum Emin Məmmədovun köməkliyi ilə Azərbaycan xalçalarının saxlandığı dünyadakı bütün muzeylərlə əlaqə saxladıq və onların hamısının eskizlərini əldə etdik.

Həmin xalçaların üzərində işləyərək süni intellektə çevirdik. Onu da deyim ki, mənim yenidən nəfəs verdiyim tarixi irsdə sadəcə Azərbaycan xalçaları deyil, şərqin zəngin mədəniyyəti də öz əksini tapıb. Əsərlərim Azərbaycan daxil olmaqla ortaq çoğrafiyanın (İran, İraq, Türkiyədə, Mərakeş) şərq mədəniyyətini özündə birləşdirir”.

Nyu-Yorkda açılan sərginin 10 mərhələli layihənin birinci mərhələsi olduğunu deyən rəssam, nümayiş olunan əsərlərdə sadəcə xalça deyil, ölkəmizim digər milli dəyərlərinin də əskini tapdığını bildirib: “Burada nümayiş olunan estetik simvollar özündə Qobustan qayaları üzərindəki rəsmləri, xalçalarda və abidələr üzərində olan islami naxışları, Azərbaycan ədəbiyyatının və musiqisinin minyatürlərini ehtiva edir”. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

2022-05-10

gun az article

Prezident: "Bu gün Ordumuz müharibə dövründəki ordumuzdan daha da güclüdür"

2022-04-30

gun az article

İrandan uyuşdurucu qaçaqmalçılarının ölkəyə daxil olmasının qarşısı alınıb

2022-04-09

gun az article

Ukraynadan Polşaya 2,5 milyondan çox qaçqın gəlib

2022-04-05

gun az article

Azərbaycan və İsrail arasında yeni müqavilələr imzalanacaq

2022-04-05

gun az article

CNN: Rusiya qoşunları Kiyevin ətraf ərazilərini tərk edir

2022-03-30

gun az article

"Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur" - Müdafiə Nazirliyi

2022-03-27

gun az article

Zelenski NATO-nu ittiham edib: "Qərblə Rusiya arasında qalmışıq” - YENİLƏNİB

2022-03-24

gun az article

“Azov dənizinə çıxışı itirmişik”-Ukrayna Müdafiə Nazirliyi

2022-03-19

gun az article

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri: “Azərbaycanla əməkdaşlıq davamlı xarakter daşıyır”

2022-03-11

gun az article

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb

2022-03-11

gun az article

Ukrayna ordusu Qostomeli geri alıb, Rusiyanın onlarla hərbçisi həlak olub

2022-03-05

gun az article

Baltik Dənizi Dövlətləri Şurası Rusiyanı təşkilatdan çıxarıb, Belarusu cəzalandırıb

2022-03-05

gun az article

Zelenski Kiyevi tərk etmək barədə ABŞ-ın təklifini rədd edib

2022-02-26

gun az article

Putin: “Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırıq”

2022-02-25

gun az article

İlham Əliyev Dünya İqtisadi Forumunun Prezidentini qəbul edib

2022-02-24

gun az article

"Bloomberg": Vyanada nüvə danışıqları dalana dirənib

2022-02-17

gun az article

Ərdoğan koronavirusdan sağalıb

2022-02-11

gun az article

Türkiyədə iranlı müxalifi qaçırmaq istəyən casus şəbəkəsi ifşa edilib

2022-02-10

gun az article

Şuşada Təbriz küçəsi-“Apple” işğaldan əvvəlki küçə adlarını bərpa etdi

2022-02-09