SON XƏBƏRLƏR

Azərbaycan Ombudsmanı Qaradağlı faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

2022.02.17, 11:54
Azərbaycan Ombudsmanı Qaradağlı faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

Gunaz.tv

Çağırış mətnində deyilir:

"Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Qaradağlı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndinə hərbi təcavüz etməklə mülki əhaliyə qarşı soyqırım cinayəti törətmişdir.

Bu qanlı cinayət nəticəsində Qaradağlı kəndi işğal olunaraq yandırılmış, 118 nəfər dinc sakin girov götürülmüş və onlardan 68 nəfəri amansızcasına qətlə yetirilmişdir.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin azərbaycanlılara qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin davamı, Azərbaycan xalqına bəslədiyi nifrətin ifadəsi olan Qaradağlı soyqırımına beynəlxalq qurumlar tərəfindən hüquqi qiymət verilməli, sülh və bəşəriyyət əleyhinə yönəlmiş bu cinayət əməlini törədənlər beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməlidirlər". (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar