Azərbaycanda tikinti texnikalarının icarə haqqı kəskin artıb" - Vüqar Oruc

10.11.2021, 08:15

"Tikinti avadanlıqlarının qiymətinin gələn ilin mart ayında qalxacağını proqnozlaşdırırıq. Bunu indidən də görmək olar". 

Gunaz.tv Quote | Gunaz article

Bu barədə FED.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, «Vecon Consulting» qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc bildirib.

Ekspertin sözlərinə görə, Qarabağda tikintilərin aparılması üçün yaranmış tələbat faktoru tamamilə ödəniləcək:

«Hazırda müxtəlif ağır və digər texnikaların (betontökmə qurğularının) icarə qiymətlərində təqribən 25-35 % civarında qiymət artımının şahidi oluruq. Qiymətlərin bir qədər də artacağını gözləyirik, ciddi ciddi qiymət artımının olacağını bizim çalışdığımız avadanlıqların satışı və icarəsi ilə məşğul olan qurumlar da bildirirlər».

«Vecon Consulting»in rəhbəri bildirir ki, texnikanın icarə haqqının və qiymətinin yüksəlməsi ölkədə tikinti işlərinin artması ilə bağlıdır: «Hazırda bərpasını gözlədiyimiz ərazilər çoxdur. Bu ərazilərdə tikinti işlərinin aparılması üçün Azərbaycanda olan tikinti texnikasının sayı kifayət qədər deyil».

Texnikaya artan tələbatı qarşılamaq üçün Azərbaycan şirkətləri xaricdə bir çox istehsalçı təşkilarlar və müəssisələrlə müqavilələr bağlayırlar. Bunun nəticəsində də 2022-ci ilin əvvəllərində tikinti üçün zəruri olan texnikanın ölkəyə gətiriləcək. 

Bu olarsa, təbii ki, həmin texnikalar Qarabağ ərazisində yerləşən tikinti işlərinə yönəldiləcək. Hesab edirik ki, bu, tikinti və tikinti sektoru ilə əlaqəsi olan digər sahələrin (tikinti avadanlıqlarının satışı və icarəsi ilə məşğul olan sahə də daxil olmaqla) fəaliyyətində canlanma yaradacaq”.

Vüqar Orucun fikrincə, bahalaşma 2022-ci ilin aprelinə kimi davam edəcək, amma yeni texnikaların alınması və ölkəyə gətirilməsi ilə qiymətlər sabitləşəcək: «Əgər bazarda tikinti avadanlığına tələbatı milli şirkətlər ödəyərsə, nəticədə qiymətlər əvvəlcə stabil qalacaq, sonra tikinti proseslərində qiymətlərdə enmələri də görə biləcəyik».

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyə iki dəfə silkələndi

2021-11-28

gun az article

İşğaldan azad edilən ərazilərdə erməni hərbçilərin qalıqları aşkarlanıb

2021-11-28

gun az article

Ceyhun Bayramov iranlı həmkarı ilə Soçi görüşünü, Qarabağ bəyanatını müzakirə edib

2021-11-28

gun az article

“Ərdoğanı dayandıra bilməyəcəklər, Türkiyə postsovet məkanına yayılacaq” - Tanınmış ekspert

2021-11-27

gun az article

“Net Blocks” saytı İranın bir sıra əyalətlərində internetin məhdudlaşdırıldığını təsdiqləyib

2021-11-27

gun az article

İranda daha bir ağır yol qəzası: Qəzada 5 Əfqanıstan vətəndaşı həlak olub, 18-i yaralanıb

2021-11-27

gun az article

İranlı sözçü: “MAQATE müfəttişlərinin Kərəcdəki TESA nüvə mərkəzinə baxış keçirməsinə icazə verilməyəcək”

2021-11-27

gun az article

Rusiyalı ekspert: “Yaxın zamanda nəqliyyat dəhlizlərinin açılması prosesi başlayacaq”

2021-11-27

gun az article

Xamneyinin nümayəndəsindən isfahanlı əkinçilərə gülünc tövsiyə: “Gedin yağış namazı qılın”

2021-11-27

gun az article

İsfahanda “Xamneyiyə ölüm” şüarı səsləndirildi: Dinc etirazçılara odlu silahlardan atəş açıldı – FOTOLAR, VİDEO

2021-11-27

gun az article

Qırğızıstanda noyabrın 28-də parlament seçkiləri keçiriləcək

2021-11-27

gun az article

Ərdoğan Türkmənistana səfər edəcək

2021-11-27

gun az article

XİN-dən üçtərəfli görüşlə bağlı açıqlama

2021-11-27

gun az article

Xəzər dənizində zəlzələ olub

2021-11-27

gun az article

Şuşa Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiq edildi

2021-11-26

gun az article

Azərbaycan, Rusiya və Ermənistan liderləri mətbuata bəyanatla çıxış ediblər

2021-11-26

gun az article

Azərbaycan 100-dən çox hərbi əsiri Ermənistana təhvil verib

2021-11-26

gun az article

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası mexanizmləri ilin sonuna kimi yaradılacaq

2021-11-26

gun az article

Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başa çatıb

2021-11-26

gun az article

Tanınmış QHT rəhbəri Əvəz Həsənov vəfat edib

2021-11-26