SON XƏBƏRLƏR

Urmuda fars şeiri və ədəbiyyarı konqresi keçirilıib

2023.11.07, 15:33
Urmuda fars şeiri və ədəbiyyarı konqresi keçirilıib

İran hökuməti və Fars Dili Akademiyası Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində 7-ci Beynəlxalq Fars Şeiri və Ədəbiyyatı Konqresi keçirib.

Gunaz.tv

Bu barədə hökumət mediası məlumat yayıb və konqresin geniş təbliğatı aparılıb.

Konqresin açılış mərasimində Əli Xaməneyinin Qərbi Azərbaycandakı nümayəndəsi və Urmu şəhərinin cümə imamı Seyid Mehdi Qureyşi çıxış edib.

O, Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın əsərlərinin çoxunun farsca olduğuna diqqət çəkib və onu fars şairi kimi qələmə verməyə çalışıb.

Qoreyşi Hindistan və Pakistan kimi ölkələrdə fars dilinin müqəddəs dil olduğunu iddia edib, bu ölkələrdə islamın fars dili vasitəsilə yayıldığını bildirib.

Konqresdə çıxış edən başqa hökumət nümayəndələri də oxşar fikirlər səsləndirib, fars dili və ədəbiyyatının daha da inkişaf etdirilməsi üçün yeni proqramların həyata kemirilməsini təklif ediblər.

Qeyd edək ki, xüsusilə cari ildə Əli Xaməneinin əyalətlərdəki nümayəndələri Firdovsi, onun "Şahnamə" əsəri və fars dili barədə davamlı çıxışlar edirlər.

Cümə imamları cümə namazlarındakı çıxışlarında fars dilinin inkişafının vacibliyindən danışır, bu dilin ölkədə "birlik amili" olduğu barədə köhnə iddiaları təkrar edirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar