SON XƏBƏRLƏR

Məşhəddə etiraz aksiyası keçirildi

2023.11.09, 15:09
Məşhəddə etiraz aksiyası keçirildi

İranın Məşhəd şəhərində 400 əzaçı etiraz aksiyası keçirib.

Gunaz.tv

Valilik binası qarşısına toplaşan əczaçılar ölkədə dərman, uşaq yeməyi qıtlığına və bu qəbildən olan başqa zəruri məhsulların çatşmazlığına etiraz ediblər.

Bununla yanaşı əczaçılar çətin şərayitdə işlədikləri və gəlirlərinin aşağı olmasından narazılıqlarını bildiriblər.

Qeyd edək ki, xüsusən son illər İranda dərman qıtlığı şiddətlənib və vacib dərmanların əldə edilməsi çətinləşib.

Bu, dərman tədarükü, idxalı və istehsalı üçün lazim olan yetərli vəsaitin ayrılmaması ilə bağlıdır.

Tehran Əczaçılar Birliyinin rəhbəri Həmid Xoyi deyib ki, dərman tədarükü üçün nəzərdə tutulan büdcə azdır və bu, dərman bazarının yarısını belə,  əhatə etmir. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar