SON XƏBƏRLƏR

SEPAH-la silahlı qruplaşma arasında qarşıdurma olub- Ölənlər var

2023.11.09, 16:00
SEPAH-la silahlı qruplaşma arasında qarşıdurma olub- Ölənlər var

İranın şimal qərbində yerləşən Bana şəhəri yaxınlığında silahlı qarşıdurma olub.

Gunaz.tv

Bu barədə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, noyabrın 9-u günorta saatlarında baş verən silahlı qarşıdurmada PEJAK silahlı qruplaşmasına bağlı şəxslər öldürülüb.

Öldürülənlərin sayı barədə dəqiq açıqlama verilməyib,ancaq 3 silahlının həbs edildiyi bildirilib.

"PEJAK terror qruplaşmasının 3 yüksək rütbəli üzvü təhlükəsizlik orqanlarının apardığı kəşfiyyat tədbirləri ilə qəfil əməliyyat nəticəsində tutularaq ədliyyə orqanlarına təhvil verilib",- məlumatda qeyd edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar