SON XƏBƏRLƏR

ABŞ-da Azərbaycanın Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı məlumatlandırma aksiyası keçirilib

2023.11.10, 10:18
ABŞ-da Azərbaycanın Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı məlumatlandırma aksiyası keçirilib

ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Gününə və 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.

Gunaz.tv

ABŞ bürosu xəbər verir ki, layihə Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı və ölkəmizin BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə baş tutub.

Nyu-Yorkun rəmzi hesab olunan və hər gün minlərlə turistin ziyarət etdiyi "Times" meydanında nəhəg monitorlarda "8 Noyabr Azərbaycanın Zəfər Günüdür!" şüarı nümayiş rtdirilib. 

İşıqlı lövhədə, eyni zamanda,  Azərbaycanın ərazi bötüvlüyünün qeyd olunduğu xəritə və ikinci Qarabağ müharibəsinin qəhrəman şəhidlərinin xatirəsinin rəmzi – Qarabağın incisi xarı bülbül əks etdirilib.

Azərbaycanla bağlı məlumatlandırma aksiyası meydanı ziyarət edən yerli və xarici turistlərin diqqətini çəkib. Onlar aksiyanı maraqla izləyiblər.

Aksiya Nyu-York vaxtı ilə axşam saat 19:00-dan 22:00-a qədər davam edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar