SON XƏBƏRLƏR

Tibb işçilərinin çatışmazlığına görə xəstələr ölür

2023.11.14, 11:56
Tibb işçilərinin çatışmazlığına görə xəstələr ölür

İranın Tibb İşçiləri Katibliyi ölkədə tibb işçiləri və tibb bacılarının çatışmadığına görə çox sayda xəstənin həyatını itirdiyini deyib.

Gunaz.tv

Bu barədə katibliyin rəhbəri Məhəmməd Şərifi Müqəddəm bildirib.

O, hər il təxminən 3 min tibb bacısının ölkəni tərk edərək daha yüksək əmək haqqı verilən ölkələrə ühacirət etdiklətini deyib.

İran səhiyyə nazirinin müavini Abbas İbadi məsələ ilə bağlı verdiyi açıqlamada faktı təsdiq edib.

“Bu sahədə çatışmazlığın səbəblərindən biri tibb bacılarının az inkişaf etmiş ölkələrdən gəlirləri yüksək olan ölkələrə köçməsidir və ölkəmiz də bundan istisna deyil”,- İbadi qeyd edib.

Tibb İşçiləri Katibliyinin hesabatına görə hazırda İranda 100 min tibb bacısı çatışmır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar