SON XƏBƏRLƏR

Urmuda etiraz aksiyası keçirib

2023.11.15, 11:16
Urmuda etiraz aksiyası keçirib

Noyabrın 14-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində sürücülər etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə sürücülər sosial mediada video və məlumatlar yayıblar.

Şəhərdaxili mikroavtobus sürücüləri əyalətin Yollar və Nəqliyyat İdarəsinin qarşısına toplaşıblar.

Onlar hökumətin təyin etdiyi aylıq yanacaq kvotasının azaldıldılmasına etirazlarını bildiriblər.

Qeyd edək ki, hər mikroavtobus üçün nəzərdə tutulan aylıq 1000 litr yanacaq kvotası 790 litrə endirilib.

Sürücülər bunun ehtiyaclarını ödəmədiyini və azad bazardan baha qiymətə yanacaq almaq məcburiyyətində qaldıqlarını deyirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar