SON XƏBƏRLƏR

Qurvə türkləri ilə bağlı kitab nəşr edilib

2023.11.16, 09:00
Qurvə türkləri ilə bağlı kitab nəşr edilib

Hazırda Kürdüstan əyalətinin tərkibində olan və azərbaycanlıların kompakt yaşadığı Qurvə şəhərinin mədəniyyəti, burada danışılan türk ləhcəsi ilə bağlı kitab işıq üzü görüb.

Gunaz.tv

"Şəhərim Qurvənin mədəni irsi" adlı kitabın müəllifi Qəzal Allahyaridir.

 Kitabda türk dilinin tarixi, qrammatikası və Qurvədə danışılan türk ləhcəsindən bəhs edilir.

Müəllifin fikrincə, hazırda Qurvədə yaşayan türklərlə qaşqay türkləri bölgədə olan yaşayış yerlərinin ilk məskunları olublar.

Qeyd edək ki, Güney Azərbaycanın əhəmiyyətli bölgələrindən biri olan Qurvə şəhəri Pəhləvi hakimiyyəti dövründə Həmədan əyalətindən ayrılaraq Kürdüstan əyalətinə verilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar