SON XƏBƏRLƏR

BMT İranla bağlı qətnaməni təsdiq etdi

2023.11.16, 12:53
BMT İranla bağlı qətnaməni təsdiq etdi

Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının 3-cü Komitəsi Kanadanın İran tərəfindən insan haqlarının pozulmasına dair qətnaməsini təsdiqləyib.

Gunaz.tv

Qətnamə lehinə 80, əleyhinə 29 və 65 bitərəf səslə təsdiqlənib.

Bu qətnamənin əleyhinə səs verən ölkələr arasında Əlcəzair, Belarus, Çin, Rusiya, Şimali Koreya, Hindistan, İndoneziya, İraq, Oman, Pakistan, Suriya, Türkmənistan və Tacikistan da olub.

Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Qətər, Küveyt, Misir, Braziliya və Cənubi Afrika ölkələri isə səsvermədə bitərəf olublar.

ABŞ-nin İran üzrə xüsusi nümayəndəsinin müavini Abram Paley 80 ölkənin bu qətnaməni təsdiq etməsinə toxunaraq deyib ki, biz bu vasitə ilə zülm və zorakılığa qarşı mübarizə aparan, azad və demokratik gələcəyə nail olmaq üçün səy göstərən İran xalqı ilə həmrəy olduğumuzu bildiririk.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar