SON XƏBƏRLƏR

VVAQİ-nin qarşısında Yürüş Mehrəli Bəylinin qardaşı oğlu Huntayın ad günü keçirilib

2023.11.17, 11:39
VVAQİ-nin qarşısında Yürüş Mehrəli Bəylinin qardaşı oğlu Huntayın ad günü keçirilib

İran hakimiyyətinin panfarsizm siyasətlərinin icrası olaraq Culfa şəhəri VVAQİ-i uşağa Huntay adında kimlik sənədinin verilməsindən imtina edir.

Gunaz.tv

Yürüş Mehrəli Bəylinin ailəsi Huntayın 6 ildir sənədsiz qalmasına etiraz olaraq Culfa rayonu VVAQİ qarşısında aksiya keçiriblər. 

Aksiya iştirakçıları əllərində “Mənim adım Huntaydır” yazılmış kazğızlar tutaraq Huntaya sənəd verilməsinə təkid ediblər.

Xatırladaq ki, Yürüş Mehrəli Bəyli Güney Azərbaycanın tanınmış milli fəallarından biri olaraq bir neçə gündür İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Ailsi onu saxlayan orqana müraciət etdikdə onlara “hələ 2 ay həbsdə saxlanılacağı” bildirilib. 

Bir ölkəyə hansı tərzdə hakimiyyət olunmasını bilmək üçün qanunvericilik orqanlarının qərara aldıqları qanunlara baxmaq yetər.

Belə ki, İranın qanunların asasən yenidoğulmuşlara farsca olan adlardan başqa ad, o cümlədən Azərbaycanca olan Huntay adının qoyulmasına icazə verilmir. 

İranın Respublika üzrə Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı Baş İdarəsinin ölkədə şöbələrinə göndərdiyi təlimatında farsca olmayan adların qoyulmasına icazə verilmədiyinə təkid olunub

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar