SON XƏBƏRLƏR

Azərbaycan təhlükəsizlik qüvvələri İsrail səfirliyinə hücumun qarşısını alıb

2023.11.17, 11:47
Azərbaycan təhlükəsizlik qüvvələri İsrail səfirliyinə hücumun qarşısını alıb

Azərbaycan təhlükəsizlik qüvvələri İsrailin Bakıdakı səfirliyinə hücumun qarşısını alıb. Bu barədə İsrailin "Ynet.co.il" saytı məlumat yayıb.

Gunaz.tv

Məlumatda bildirilir ki, “İran əsilli şəxs silahlı halda səfirliyə soxulmağa cəhd edib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onu nəzarətə götürərək tərksilah edib. Şübhəli şəxs Bakıda məhkəməyə çıxarılıb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib”, - məlumatda bildirilib. 

Qeyd edilib ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti müstəntiqinin M.H.Hüseynzadə barəsində verilmiş vəsatətinə baxılıb.

Məhkəmənin qərarı ilə M.H.Hüseynzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İş materiallarından məlum olur ki, uzun müddət gizli müşahidələr aparmış M.H.Hüseynzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edib.  O, DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərk-silah edilib.

M.H.Hüseynzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə təqsirləndirilir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar