SON XƏBƏRLƏR

ABŞ senatorları İranın raket inkişafı proqramına sanksiya tətbiq etməyi planlaşdırırlar

2023.11.17, 15:09
ABŞ senatorları İranın raket inkişafı proqramına sanksiya tətbiq etməyi planlaşdırırlar

ABŞ qanunvericiləri İranın uzaqmənzilli raketlərin və pilotsuz təyyarələrin hazırlanması və ötürülməsinə qarşı sanksiyaların gücləndirilməsi və tətbiqi məqsədi ilə “İranın ballistik raketləri və pilotsuz təyyarələrini qadağan edən” layihəni təqdim ediblər.

Gunaz.tv

Bu barədə Arkanzas əyalətindən olan respublikaçı senator Tom Kotton bildirib.

"Bu layihə İrana qarşı lazımi sanksiyaları gücləndirəcək, ABŞ və müttəfiqlərini hazırkı pilotsuz təyyarə hücumlarından və gələcəkdə raket hücumlarından daha yaxşı qoruyacaq",- Kotton qeyd edib.

Layihədə qeyd olunur ki, İran qitələrarası ballistik raketlərin inkişaf etdirilməsi proqramını inkişaf etdirir, HƏMAS və Rusiyanı kamikadze pilotsuz uçan aparatlar ilə silahlandırır və yaxın Şərqdə Amerika qüvvələrinə hücum etmək üçün öz proksi terrorçu qüvvələrini silahlarla təmin edir.

Bununla yanaşı layihə müəllifləri Bayden hökumətini İranın proksi qüvvələrinə qarşı kifayət qədər tədbir görmədiyi üçün tənqid ediblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar