SON XƏBƏRLƏR

Tələbə hərəkatı fəalı Armita Pavir xəstəxanaya köçürülüb

2023.11.21, 12:03
Tələbə hərəkatı fəalı Armita Pavir xəstəxanaya köçürülüb

Təbriz həbsxanasında aclıq aksiyası keçirən tələbə hərəkatı fəalı Armita Pavirin vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya köçürülüb.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıblar.

Bildirilib ki, noyabrın 13-dən hüquqlarının pozulmasına və barəsində saxta ittihamlar irəli sürülməsinə etiraz edən xanım fəal hazırda Təbrizin "İmam Rza" xəstəxanasında polis nəzarəti altında müalicə olunur.

Xatırladaq ki, tələbə hərəkatı fəalı etiraz aksiyalarına qoşulduğu üçün son dəfə 21 sentyabr tarixində həbs edilib.

Bundan əvvəl etiraz aksiyalarına qoşulduğuna görə 31 oktyabr 2022-ci ildə həbs edilən tələbə hərəkatı fəalı 8 dekabrda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Qeyd edək ki, 2020-ci il yanvarın 8-də 176 nəfərin ölümü ilə nəticələnən SEPAH-ın Ukrayna təyyarəsini vurmasına etiraz etdiyi üçün 1 il müddətinə Armita Pavirin təhsilinə qadağa qoyulmuşdur.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar