SON XƏBƏRLƏR

Husilər bir gəminin İsrailin olduğunu zənn edərək oğurlayıblar

2023.11.21, 13:12
Husilər bir gəminin İsrailin olduğunu zənn edərək oğurlayıblar

İsrailin bildirməsinə istinadən Yaponyanın idarəçiliyində olan gəminin işçilərinin heç biri israilli deyil.

Gunaz.tv

Təl-Əviv bildirib ki, Qalaksi Lider  (Galaxy Leader) yük gəmisi Yaponyanın idarəçiliyndədir, lakin Britanianiyaya məxsusdur.

Gəmi noyabrın 17-i  Türkiyədən Hindistana gedərkən Səudiyyə Ərəbistanı Ciddə şəhərinin cənubunda “Offline” olmaqla əlaqəsi kəsilib.

Bir müddət sonra Yəmənin Husiləri onu ələ keçirdiklərini bildirib. 

İsrail ordusu bu olayın beynəlxalq suların təhlükəsizliyi üzrə “İranın terrorist hərəkəti” olduğunu deyib. Tehran isə bu hadisədə rolu olmadığını deyib.

Qalaksi Lider gəmisinin yoxa çıxması məlumatı yayılmaqla Husilər “İsrailin bir yük gəmisini” Qırmızı Dənizdə zəbt etdiklərini elan ediblər.

İranın dəstəklədiyi bu qurp xəbərdarlıq edib ki, İsraillə əlaqəsi olan gəmilər onların “silahlı qüvvələrinin leqal hədəfləri” hesab olunur.

Xatırladaq ki, İran hakimiyyəti sanksiyalar üzrə ABŞ və Avropa ölkələrindən imtiyazlar almaq məqsədi ilə təzyiq olaraq SEPAH-vasitəsi ilə Körfəzdə ticarət gəmilərini zəbt edir.
 
Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar