SON XƏBƏRLƏR

Laçının daha 81 sakini doğma yurda yola salınıb

2023.11.22, 10:14
Laçının daha 81 sakini doğma yurda yola salınıb

Laçının daha 81 sakini doğma yurda yola salınıb.

Gunaz.tv

 Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Noyabrın 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da, Laçın şəhərində 346 ailənin, yəni 1 326 nəfərin daimi məskunlaşması təmin edilib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar