SON XƏBƏRLƏR

Təbrizdə elektrik enerjisi çatışmazlığı yaşanır

2023.11.25, 10:36
Təbrizdə elektrik enerjisi çatışmazlığı yaşanır

Noyabrın 24-ü səhər saatlarından başlayaraq öncədən xəbərdarlıq edilmədən Təbrizin yarıdan çoxunda elektrik enerjisinin verilişi dayandırılıb.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Məlumatda bildirilib ki, şəhərin yarısının, o cümlədən 17 Şəhrivər, Saib, Pastor, Qətran, Qara ağac, Küçəbağ, Lalə,, Barnavak və b. məhəllələr işıqsız qalıb.

Bundan əvvəlki payız və qış aylarında hökm sürən elektrik enerjisi çatışmazlığının aradan qaldırılacağı ilə bağlı verilən vədlər özünü doğrultmayıb.

Qeyd edək ki, bir neçə ildir Şərqi Azərbaycanda elektrik enerjisinin çatışmazlığı bir çox sənaye müəssisələrini, özəlliklə poladəritmə sənayesini müflis olmaq təhlükəsi ilə üzləşdirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar