SON XƏBƏRLƏR

Finlandiya səfiri Urmu gölündə oldu

2023.11.27, 12:03
Finlandiya səfiri Urmu gölündə oldu

Finlandiyanın İrandakı səfiri Karri Kahiluto Urmu gölündə baş verən ekoloji fəlakətlə yaxından tanış olmaq üçün gölün Qərbi və Şərqi Azərbaycan əyalətlərindəki sahillərinə səfər edib.

Gunaz.tv

Səfir bir neçə gün əvvəl Finlandiyanın yeni texnologiyalardan istifadə edərək, Urmiya gölünün bərpasına yardım etməyi təklif edib.

O, bildirib ki, Urmiya gölünün quruması yalnız İranın problemi deyil, bu, beynəlxalq səviyyədə əhəmiyyətli ekoloji problemdir.

“Finlandiyanın su məsələləri üzrə mütəxəssislərini Urmiya gölünün dirçəldilməsi sahəsində aktivləşdirə bilərik. İki ölkə arasında su məsələləri və tədqiqatı barədə əlaqələri gölün dirçəldiməsinə də təsirli ola bilər.”,- səfir bildirib.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında gölün sahəsi 878 kvadrat kilometr olub.

2023-cü ilin noyabr ayında isə bu 80% kiçilərək 170 kvadrat kilometrə qədər azalıb.

Bununla yanaşı, göldə olan suyun 96%-i quruyub və hazırda gölün yalnız 4%-də su mövcuddur.

Xatırladaq ki, Urmu gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar