SON XƏBƏRLƏR

“Yoxsullarımızın 60 faizi gənc və təhsil almış şəxslərdir”- iranlı iqtisadçı

2023.11.27, 13:32
“Yoxsullarımızın 60 faizi gənc və təhsil almış şəxslərdir”- iranlı iqtisadçı

“Yeni araşdırmalarımıza görə, respublikada yoxsulların əksəriyyəti gənc və təhsil almış şəxslərdir”.

Gunaz.tv

Bunu İranlı iqtisadçı Davud Suri bildirib. O, “İqtisad 24” saytında “İran İslam Respublikası” sisteminin hakim olduğu 45 illik tarixçəyə toxunub.

“Bu müddətdə ölkənin istehsalının təməli olan fiziki sərmayələrini itirmişik. Ətraft mühit dağılıb. Hamı bilir ki, artıq sosial sərmayələrimiz aşağıdır və azalıb. İranda təhsil artsa da, respublikanın insan resursları azalıb. 

Ölkədə fəaliyyət göstrəməyə hazır olan ixtisaslı işçi qüvvəsi demək olar ki, yox həddindədir. Ölkənin yoxsullarının çoxu gənclər və sağlam insanlardır.   

Araşdırmalarımıza görə,  onların əksəriyyəti gənclər və təhsil almış şəxslərdir. Onlar əmək qabiliyyətlərinə malik olsalar da,  fəaliyyətlərinə şərait yaradılmadığı səbəbindən kasıb yaşayırlar. 

Cəmiyyətimizdə hər 4 nəfərdən biri yoxsuldur.”-deyə iqtisadçı Suri bildirib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar