SON XƏBƏRLƏR

İranın Afrika ölkələrinə ixracatı kəskin azaldı

2023.11.27, 13:49
İranın Afrika ölkələrinə ixracatı kəskin azaldı

İran prezidenti İbrahim Rəisinin iyul ayında Afrika ölkələrinə səfəri və 21 müqavilə bağlamasından sonra İranın bu ölkələrə ixracatı kəskin azalıb.

Gunaz.tv

Bu barədə İran Sənaye və Mədən Evinin Beynəlxalq Əlaqələr Komissiyasının sözçüsü Seyid Ruhullah Lətifi məlumat yayıb.

O, bildirib ki, cari ilin 7 ayında İranın Afrika qitəsinə ixracı 434 milyon dollar olub, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 53% azalma deməkdir.

Bu, İran prezidenti və komandasının Afrika ölkələri ilə müqavilələrdən sonra ikitərəfli əməkdaşlığın artması ilə bağlı təbliğatları ilə eyni vaxta təsadüf edir.

Timur
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar