SON XƏBƏRLƏR

Azərbaycanlı milli fəal məhkəməyə çağırılıb

2023.11.28, 12:07
Azərbaycanlı milli fəal məhkəməyə çağırılıb

Güney Azərbaycanlı milli fəal Əşakn Saadətmehr barəsində açılmış işlə əlaqədar Urmu rayonu “İnqilab” Məhkəməsinə müraciət etməsi tələb olunub.

Gunaz.tv

Əşakn Saadətmehr ötən sentyabr ayının 20-i İranın təhlükəszilik məmurları tərəfindən saxlanılıb. 26 gün həbsdə qalandan sonra 100 miliyon tümən dəyərində mülk təzminatı alınaraq, oktyabrın 15-i  müvəqqəti sərbəst buraxılıb. 

Məhkəmə işlə əlaqədar noyabrın 22-i Əşkana bildiriş göndərib. Bildirişdə qarşıdakı dekabr ayının 6-ı məhkəməyə müraciət etməsi tələb olunub. 

Məhkəmə bildirişinin verilməsi ilə eyni vaxtda onun İnstaqram hesabı İranın Təhülükəsizlik Nazirliyi tərəfindən  bağlanılıb. 

Qeyd edək ki, Əşakn Saadətmehr Güney Azərbaycanın milli maraqları üzrə fəaliyyətləri səbəbindən İran hakimiyyəti tərəfindən dəfələrlərlə saxlanılaraq həbs olunub. 

O, Güney Azərbaycan milli hərəkatının tanınmış simalarından hesab olunur.

 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar