SON XƏBƏRLƏR

25 şəhərdə etiraz aksiyası keçirilib

2023.11.28, 12:29
25 şəhərdə etiraz aksiyası keçirilib

Güney Azərbaycanın Təbriz, Zəncan, Ərdəbil və Urmiya şəhərləri də daxil omaqla, 25 şəhərdə etiraz aksiyası keçirilib.

Gunaz.tv

Bu barədə etitazçılar sosial media hesablarında paylaşım ediblər.

Şəhərlərdə hazırda işləyən və təqaüdə çıxan rabitə işçiləri Rabitə Nazirliyinin yerli idarələri qarşısında toplaşıblar.

Onlar əmək haqqı və pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Etirazçlar inflyasiya ilə gəlirlərin uyğun olmadığını, çoxsaylı məişət problemləri ilə üzləşdiklərini və hakimiyyətin laqeyd münasibətini tənqid ediblər.

Bununla yanaşı, Xark adasının neft sənayesi işçiləri də, işi dayandıraraq etiraz aksiyası keçiriblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar