SON XƏBƏRLƏR

ABŞ-ın Nümayəndələr Palatası İranın vəsaitinin həmişəlik dondurulması üçün layihəni təsdiq edib

2023.12.01, 12:05
ABŞ-ın Nümayəndələr Palatası İranın vəsaitinin həmişəlik dondurulması üçün layihəni təsdiq edib

Layihəyə əsasən,  amerikalı məhbusların Tehran tərəfindən buraxılmaları müqabilində İranın blokdan çıxarılmış 6 milyar dolları həmişəlik dondurulacaq.

Gunaz.tv

Layihə 307 lehinə və 119 əleyhinə səs çoxluğu ilə qəbul edib. 

Layihəni Respublikaçı nümayəndə Mişel MakKaul təqdim edib və 1 nəfər istisna olmaqla, Respublikaçı nümayəndələrin hamsı və 90 Demokrat nüməynədə dəstəkləyib.

Noyabrın 30-u qərara alınmış layihəyə tamamlayıcı paraqraflar əlavə olunub.

Paraqrafların birində HƏMAS-ın və İranın dəstəklədiyi qrupların sivillərdən insani sipər kimi istifadə etmləri, həmçinin bu qrupun antisemitizm hərəkətləri qınanılıb.

Digər bir paraqrafda Bayden iqtidarının Yəmən husilərini məhkum etməkdən çəkindiyinə görə husilərin bundan istiifadə edikləri qeyd olunub.

Layihəyə əsasən, Bayden hakimiyyəti həmin 6 milyar dolları blokdan çıxarmağa cəhd edən hər hansı quruma sanksiyalar tətbiq etməlidir.

Xatıraldaq ki, ötən sentyabr ayının 18-i İranın XİN bu ölkənin 6 milyar dollar zəbt olunmuş vəsaitinin buraxılması şətri ilə 5 amerikalı məhbus qarşılığında 5 iranlı məhbusun mübadilə olunduğunu bildirmişdir.

Həmin gün Qətər İrana və ABŞ-a bildirmişdir ki, İranın azad olunmuş 6 milyar dolları İsveçrədən Qətərə köçürülüb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar