SON XƏBƏRLƏR

Milli aktivist Təhlükəsizlik İdarəsinə çağırılıb

2023.12.02, 12:56
Milli aktivist Təhlükəsizlik İdarəsinə çağırılıb

Güney azərbaycanlı milli aktivist Cəfər İsmayılzadə Təbrizin Təhlükəsizlik İdarəsinə çağırılıb./

Gunaz.tv

İdarənin məmurları ona zəng edərək dekabrın 2-si səhər saat 10-da İdarədə olmasını tələb ediblər.

İsmayılzadə, həmçinin oğlu Milad (Atılla) Güney Azərbaycanın hüquqularının tələbi və bərpası istiqamətində fəaliyyətlərinə görə Təhlükəsizlik İdarəsi tərəfindən dəfələrlə saxlanılıb, çağırılıb və həbs olunublar.

O, sonuncu dəfə 2022-ci ilin iyun ayında SEPAH-ın məmurları tərəfindən Təbrizdə saxlanılıb. 9 gün Təhlükəsizlik İdarəsində saxlanılandan sonra Təbrizin Baş Təhlükəsizlik İdarəsinin Mühafizə Şöbəsində 1 gün işkəncə olunub. Sonra Təbrizin Mərkəzi Həbsxanasına köçürülüb.

Həbsxanada 92 gün qalandan sonra ailəsi tərəfindən 250 milyon tümən dəyərində mülk təzminatı qoyuyularaq müəvqqəti sərbəst buraxılıb. 

Nəhayət 2023-ci ilin mart ayında Təbrizin Ümumi və “İnqilab” Prokurorluğunun 2-ci Şöbəsi tərəfindən 2 ilədək şərti həbsə məhkum olunub. Belə ki, düşüncə və fəaliyyətlərinə davam edərsə həbs cəzası tətbiq olunacaq.

Cəfər İsmayılzadə İdman Federasiyasının kikboksinq döyüş idamnı üzrə hakimi və məşqçisidir. Oğlu Atilla həmin idman üzrə respublika və beynəlxalq səviyyədə çempon olub. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar