SON XƏBƏRLƏR

Təbrizdə Türkiyə konsulluğu qarşısında aksiya keçirildi

2023.12.04, 10:39
Təbrizdə Türkiyə konsulluğu qarşısında aksiya keçirildi

Təbrizdə Türkiyə konsulluğunun qarşısında etiraz aksiyası keçirilib və Türkiyə prezidenti  Rəcəb Təyyib Ərdoğana qarşı şüarlar səsləndirilib.

Gunaz.tv

Bu barədə SEPAH-a bağlı media kanalları məlumat yayıb.

SEPAH və ona bağlı yarım hərbi "Bəsic" üzvləri, hökumətin tələbə cəmiyyətləri nümayəndələri Türkiyə prezidentini qəzzalılara yardım etməməkdə ittiham ediblər.

Aksiyaya qoşulan məhdud sayda aksiyaçının "Ərdoğan,  qəzzalılardan utan!" şüarları ssləndirmələri vətəndaşların etirazları ilə qarşılaşıb.

Yerli əhali aksiyanın keçirilməsinə mane olmaq istədiklərinə görə hadisə yerinə polis qüvvələri cəlb edilib, aksiyaçılara etiraz edənlər oradan uzaqlaşdırılıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar