SON XƏBƏRLƏR

"Azərbaycanın aktivistlərinin qeyd-şərtsiz azad olunmalarını tələb edirik"- İnsan haqları Təşkilatı

2023.12.04, 15:40
"Azərbaycanın aktivistlərinin qeyd-şərtsiz azad olunmalarını tələb edirik"- İnsan haqları Təşkilatı

(Güney) Azərbaycanın İnsan Haqları Təşkilatı (Ərk) BMT-nin Milli Azlıqlar Forumunda Azərbaycanın aktivistlərinin qeyd-şərtsiz azad olunmalarını tələb edib.

Gunaz.tv

Təşkilat BMT-nin Milli Azlıqlar üzrə 16-cı Forumunda İran hakimiyyəti tərəfindən Güney Azərbaycanın milli-mədəni aktivistlərinin insan haqlarına zidd saxlanılmalarını qınayıb.

Noyabrın 30-u və dekabrın 1-i Cenevrədə keçirilmiş yığıncaqda cənab Mənsur Seyfi təşkilatın təmsilçisi olaraq çıxış edib.

IMG_2766-660x330.jpeg

O, İran hakimiyyətinin milli azlıqların inkişafına qarşı ayrı-seçkilik siyasətlərinə toxunub.

“Davamlı inkişaf və onun prinsipləri İranda əsla və heç vaxt reallaşmayıb. Xüsusilə də bu prinsiplər İranın dialoq mədəniyyəti və siyasətlərində əksini tapmır. Bu isə İranın cəmiyyətinin çoxunu təşkil edən milli azlıqların inkişafına əks təsir buraxır. 

Onlar bütün sahələrdə geriləməyə məruz qalan vəziyyətdədirlər. Belə ki, onların sosial tərkibləri daima məhv edilir. Sosial-iqtisadi sahələrdə inkişaflarına hakimiyyət tərəfindən dəstək verilmir.”-deyə Seyfi bildirib.

“İran hakimiyyəti azlıq təşkil edən xalqları həyati sahələrdən kənara vurmaq məqsədi ilə ayrı-seçkilik və rasist siyasətləri yürüdərək siyasi hegemonluq tətbiq edir. 

Güney Azərbaycan türkləri səhiyyə, təhsil və iqtisadi sahələrdə sıxışdırılır və bununla da cəmiyyətdə bərabərsizliklər daha da artır.” Ərk təşkilatının təmsilçisi deyib.

“Güney azərbaycanlılar öz kimliklərini təbliğ edə bilməsin deyə, İranın nəzarət sistemləri vasitəsi ilə daima izlənilir, azərbaycan aktivistləri ardıcıl saxlanılır. 

Azərbaycanın İnsan Haqları Təşkilatı (Ərk) İran hakimiyyətindən Güney Azərbaycanın aktivistlərinin qeyd-şərtsiz azad olunmalarını tələb edir” -cənab Seyfi çıxışının sonunda qeyd edib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar