SON XƏBƏRLƏR

İranlı nazirin doğum otağına gəlməsi tənqid olundu

2023.12.09, 14:13
İranlı nazirin doğum otağına gəlməsi tənqid olundu

İranın dövlət televiziyası ölkənin səhiyyə naziri Bəhram Eynullahinin müxbirin müşayiəti ilə doğum əməliyyatı həyata keçirilən otaqda olduqlarını əks etdirən video-material paylaşıb.

Gunaz.tv

“Azad İran” teleqram-kanalı xəbər verir ki, bu video-material sosial şəbəkələrdə ölkə vətəndaşları tərəfindən kəskin tənqid edilib.

Sosial media istifadəçilərinin sözlərinə görə, bu qeyri-qanuni hərəkət, sağlamlıq və etik qaydalardan kənar yalnız hökumətin fəaliyyətini təşviq etmək və reklam istismarı məqsədi ilə həyata keçirilir.

Hicab geyməkdən imtina edən qadınlara qarşı sərt tədbirlər görən İran hökumətinin nazirinin doğum əməliyyatı keçirilən otağa girməsinin özü də cəmiyyət tərəfindən sualla qarşılanıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar