SON XƏBƏRLƏR

Rəştdə Universitet müəllimi həbs edildi

2023.12.09, 15:25
Rəştdə Universitet müəllimi həbs edildi

Gilan əyalətinin Rəşt şəhərində yaşayan Universitet müəllimi və sosial media fəalı Tina Delcu həbs edilib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

O, sosial mediadakı paylaşımlarına görə "hakimiyyətə qarşı təbliğat"da günahlandırılıb və 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, narazı müəllimlərin cəzalandırılması və işdən qovulması ilə bağlı yayılan son hesabata görə, 2006-cı ildən bu günə kimi yüzlərlə müəllim dünyəvi görüşlərinə görə işdən qovulub.

Xüsusilə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən onlarla müəllim barədə "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar