SON XƏBƏRLƏR

Avropa Birliyi İranın bir neçə şirkət və şəxslərinə qarşı sanksiyalar tətbiq etdi

2023.12.12, 12:29
Avropa Birliyi İranın bir neçə şirkət və şəxslərinə qarşı sanksiyalar tətbiq etdi

Avropa Birliyi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı İranın Moskvaya silah yardımı ilə bağlı tədbirləri çərçivəsində altı iranlı şəxsə və beş İran şirkətinə sanksiya tətbiq edib.

Gunaz.tv

Avropa Birliyi Şurasının bəyanatında qeyd edilir ki, bu cəza tədbirləri Rusiyanın Ukraynaya qarşı hücumlarında istifadə olunan pilotsuz təyyarələrin hazırlanması və istehsalı ilə məşğul olan şəxslərə və qurumlara qarşı yönəlib.

Bu sanksiyaya əsasən, adıçəkilən şəxslərin və şirkətlərin Avropa Birliyindəki aktivləri bloklanacaq və onların bu Birliyə səfərləri qadağan ediləcək.

Bundan əlavə, sanksiyalar siyahısına daxil edilmiş bu fiziki şəxslərə və onların şirkətlərinə birbaşa və ya dolayı yolla pul və maliyyə dəstəyinin köçürülməsi qadağan ediləcək.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar