SON XƏBƏRLƏR

Cenevrədə neokolonializmlə bağlı beynəlxalq konfrans başlayır

2023.12.14, 10:25
Cenevrədə neokolonializmlə bağlı beynəlxalq konfrans başlayır

Bu gün İsveçrənin Cenevrə şəhərində yerləşən BMT Ofisində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqları, Sülh və Təhlükəsizlik” adlı beynəlxalq konfrans öz işinə başlayır.

Gunaz.tv

Konfrans üçün 14 dekabr tarixinin seçilməsi təsadüfi hal deyil. Belə ki, BMT Baş Assambleyası 14 dekabr 1960-cı ildə 1514 (XV) saylı qətnamə üzrə müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannaməni qəbul edib. O vaxtdan 14 dekabr dünyada “dekolonizasiya günü” kimi qeyd olunur.

Konfransda 22 ölkə, eləcə də Fransanın dənizaşırıdakı keçmiş müstəmləkələrindən – ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, İsveçrə, Əlcəzair, Pakistan, Serbiya, Qətər, Seneqal, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Qvadelupa, ⁠Fransız Qvianası, ⁠Yeni Kaledoniya, Martinik, Fransız Polineziyası, Korsika, Valis və Futuna, ⁠Solomon Adaları, 2 beynəlxalq təşkilatdan – İslam Əməkdaşlıq Təşkilatı və BMT-dən (Qadınlara qarşı Zorakılığın Ləğv edilməsi üzrə Komitə) 50-yə yaxın nümayəndənin iştirakı təsdiq olunub.

Bununla yanaşı, insan hüquqları və dekolonizasiya üzrə ixtisaslaşan QHT rəhbərləri və xarici media təmsilçiləri də tədbirdə iştirak edəcək.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar