SON XƏBƏRLƏR

"Təhvil verilən 32 hərbçinin müalicəyə ehtiyacı yoxdur"-Ermənistanın səhiyyə naziri

2023.12.14, 13:08
"Təhvil verilən 32 hərbçinin müalicəyə ehtiyacı yoxdur"-Ermənistanın səhiyyə naziri

Azərbaycanın təhvil verdiyi 32 erməni hərbçinin müalicə və müayinə edilməsinə ehtiyac yoxdur.

Gunaz.tv

 “Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan səhiyyə naziri Anait Avanesyan bildirib.

O qeyd edib ki, təhvil verilən hərbçilərin mülki tibb mərkəzlərində müalicə və əlavə müayinəsinə ehtiyac yoxdur.

Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad ediliblər.

Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq, qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar