SON XƏBƏRLƏR

"İranda xərçəng diaqnozu düzgün qoyulmur"

2023.12.15, 13:05
"İranda xərçəng diaqnozu düzgün qoyulmur"

Londonun “Kinqz Kollec” Xəstəxanasının Xərçəngşünaslıq Şöbəsinin üzvü DR. Şahram Kurdəsti İranda xərçəng diaqnozunun düzgün qoyulmadığını deyib.

Gunaz.tv

Hematonkologiya üzrə yüksək mütəxəssis bu barədə "Amerikanın səsi"nə müsahibəsində bildirib.

“Xərçəngə qarşı profilaktik tədbirlər barədə onlarla təlimat varkən, icra olunmur. Ona görə də İranda xərçəngətutulma əmsalı artır. Dünya üzrə statistikaya əsasən Səudiyyə Ərəbistanı və BƏƏ-də xərçəng əmsalı çox yüksəlib.

Bu artış göstəricisi həmin ölkələrdə ayırdetmə metodlarının yaxşılaşması ilə diaqnozun dəqiq qoyulduğuna dəlalət edir. Bu isə xərçəngin daha tez müəyyənləşməsi və nəhayət yaxşı müalicə olunması ilə nəticələnir.

Lakin İranda xərçəng diaqnozu düzgün qoyulmur”.

Məlumat üçün bildirək ki, İranın Səhiyyə Nazirliyinin Yoluxdurucu Olmayan Xəstəliklərin İdarə olunması Ofisinin baş direktoru Kuruş Etimad deyib ki, ölkədə xərçəng səbəbindən il ərzində təxminən 20 min ölüm halı olur. 

İranda süd vəzisi, yoğun bağırsaq, prostat və ağ ciyər xərçəngləri daha çox müşahidə olunur”.

Lakin bir sıra mütəxəssilərin məlumatına əsasən İranda ötən il xərçəngə 135 min insan tutulub. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar