SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda hökumət məmuru həbs edildi

2023.12.16, 10:29
Qərbi Azərbaycanda hökumət məmuru həbs edildi

Qərbi Azərbaycan əyalətinin cənub şəhərlərindən birinin bələdiyyə başçısı və Şəhər Şurasının üzvü həbs edilib.

Gunaz.tv

Bu barədə əyalətin məhkəmə sisteminin başçısı Nasir Ətəbati açıqlama verib.

O, həbs edilənlərin rüşvət almaq və vəzifə səlahiyyətlərindən su-istifadədə günahlandırıldıqlarını bildirib.

Şəhərin adı və saxlanılanların kimliyi barədə açıqlamaverilməyib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının fevralın əvvəlində yaydığı hesabatda İran ən çox korrupsiyyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

İran ötən illə müqayisədə builki siyahıda üç pillə geriləyib.

İran hətta Uqanda, Mozambik, Madaqaskar, Liberiya, Kamerun, Pakistan və Qırğızıstan kimi ölkələrdən də aşağı düşüb. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar