SON XƏBƏRLƏR

Rejissor: Urmu gölü ətrafında ölümlərin çoxu xərçəng xəstəliyi ilə bağlıdır

2023.12.16, 13:49
Rejissor: Urmu gölü ətrafında ölümlərin çoxu xərçəng xəstəliyi ilə bağlıdır

Təbrizin "Azərəncümən" nəşrinin ofisində Urmu gölü böhranının həlli mövzusunda keçirilən dəyirmi masada tanınmış güneyli rejissor Məhəmməd Əlimuradi ekoloji fəlakətin fəsadları barədə danışıb.

Gunaz.tv

O, Urmu gölünün quruması nəticəsində bölgədə baş verən duz fırtınalarının bölgənin iqtisadiyyatı, kənd təsərrüfatı sahəsinə vurduğu ziyanla yanaşı, sakinlərin həyatlarının da təhlükəyə düşdüyünü deyib.

"Urmu gölü ətrafındakı sakinlərin ölümlərinin əsas səbəbi xərçəng xəstəliyinin yayılmasıdır",- rejissor və ətraf mühit fəalı bildirib.

Əlimuradi problemin ölkə səviyyəsində böhran kimi rəsmiləşdirilməsinin və həll yolları üçün səy göstərilməsinin vacibliyini vurğulayıb.

O, Urmu glü fəlakətini bütün azərbycanlıların ortaq və unudlmayacaq dərdi adlandırıb.

Qeyd edək ki, son məlumata görə, Urmu gölünün 96%-i quruyub və hökumətin gölün bərpası ilə bağlı vəd verdiyi layihələr həyata keçirilməyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar