SON XƏBƏRLƏR

İranın irqçi hakimiyyəti "Kəpənəklər" səhifəsini qəsb edib

2023.12.18, 15:14
İranın irqçi hakimiyyəti "Kəpənəklər" səhifəsini qəsb edib

Azərbaycan dilində uşaq ədəbiyyatı üzrə fəaliyyət göstərən "Kəpənəklər" səhifəsi İranın irqçi hakimiyyəti tərəfindən ələ keçirilib.

Gunaz.tv

Səhifənin azərbaycanlı müdirləri güc tətbiq olunaraq kənarlaşdırılıb,  güneyli uşaqların Azərbaycan türkcəsində səsləndirdikləri şerlər silinib. Səhifənin “Kəpənəklər” adı da “biz_hamimiz_iranliyg” (biz hamımız iranlıyıq) adı ilə dəyişdirilib. Qeyd edək ki, “Biz hamımız iranlıyıq” cümləsi İranın irqçi və kolonialist hakimiyyəti tərəfidən qeyri-fars xaqlara basqı, hüquqlarını danmaq və pozmaq məqsədi ilə istifadə olunur. 

İndiyədək səhifənin 14 min izləyicisi olub. Azərbaycanlı uşaqlar türkcə şerlər səsələndirib səhifəyə göndərirdilər və həmin şeirlər "Kəpənəklər"də yerlə.dirilirdi.  Səhifənin bayatılar və Azərbaycanın şairlərinin şerlərini tanıtdırmaqda böyük rolu olub. 

Belə ki, onun bir neçə illik fəaliyyəti ərzində uşaqların səsləndirdikləri minlərlə şer paylaşılıb. 

Lakin Tehranın azərbaycançılığa zidd və faşist hakimiyyəti buna da dözməyib.  

Azərbaycanlı yazıçı DR. Rəhim Ağbayraq bu faşist hərəkətə reaksiya olaraq yazıb: “Siz necə iranlısınız ki, hətta uşaq ədəbiyyat sahəsində lisenziyaya malik bir qanuni səhifəyə də dözə bilmirsiz!”.

 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar